ABŞ Prezidenti Donald Tramp İran məsələsi ilə bağlı Pakistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Türkiyə və Misir liderləri ilə telefon konfransı keçirib.
Redaksiya Fox News-a istinadla xəbər verir ki, danışıqlar Bakı vaxtı ilə saat 21:00-da baş tutub.
Məlumata görə, görüşdə İran ətrafındakı hərbi gərginlik, mümkün diplomatik razılaşma və regionda eskalasiyanın qarşısının alınması yolları müzakirə olunub.
Fox News prezident Trampın ərəb və regional liderlərlə keçirdiyi telefon danışığının müsbət keçdiyini bildirib.
Danışıqlar ABŞ-ın İrana qarşı mümkün yeni hərbi addımları nəzərdən keçirdiyi, eyni zamanda diplomatik prosesin də davam etdiyi bir dövrdə baş tutur.
Regional ölkələr Vaşinqton və Tehran arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün vasitəçilik səylərini artırır.
