ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyat planlarını gizli şəkildə təsdiqləyib. The Wall Street Journal xəbər verir ki, Tramp hələlik hücum əmrini verməkdən çəkinir və bu qərar onun diplomatik kanallara zaman tanımaq istəyi ilə izah olunur.
Redaksiya xəbər verir ki, ABŞ administrasiyası regionda vəziyyətin gərginləşməsinə baxmayaraq, İrana qarşı birbaşa hərbi əməliyyatlara başlamaq üçün hələlik yekun qərar qəbul etməyib. Tramp bu qərarı verməmişdən öncə İranın danışıqlara meylli olub-olmadığını yoxlamaq istəyir. Bildirilir ki, planlar çərçivəsində Fordo kimi strateji nüvə obyektlərinə zərbələr də nəzərdən keçirilir.
Pentaqon və Ağ Ev Trampın əmri verəcəyi təqdirdə dərhal hərəkətə keçməyə hazırdır. Lakin administrasiya daxilində bu addımın İranla münasibətləri dönülməz şəkildə poza biləcəyindən narahat olanlar da var. ABŞ-ın mümkün hücumu İsrailin bölgədəki vəziyyətinə də birbaşa təsir göstərə bilər.
Sevinc Kərimova
