ABŞ prezidenti Donald Trampın İrana atəşkəs təklifi ilə müraciət etmək istədiyi bildirilir. Bu barədə Rusiya senatoru Aleksey Puşkov öz "Telegram" kanalında yazıb. Onun fikrincə, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatların gedişatına dözə bilmir.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, politoloq qeyd edib ki, beynəlxalq analitiklərin qiymətləndirməsinə görə, İran hazırkı intensivlikdə hərbi əməliyyatları 60-90 gün ərzində davam etdirmək qabiliyyətinə malikdir. Bu, Trampın danışdığı "bir neçə həftə"dən fərqlənir. Puşkovun sözlərinə görə, beynəlxalq müşahidəçilər İranın bəzi ölkələr tərəfindən təklif olunan danışıqlar və vasitəçilik xidmətlərindən imtina etməsini məhz bununla izah edirlər.
"İtaliyanın İranla atəşkəs danışıqlarında vasitəçilik etmək üçün Tramp tərəfindən müraciət olunduğu barədə məlumatlar var idi. Lakin Tehranın gözündə ABŞ ilə danışıqlar institutu böyük dərəcədə nüfuzdan düşüb. İranlılar indi inanırlar ki, onlar danışıqlar nəticəsində aldadılıblar və sakitləşdiriliblər, bunun ucbatından isə ilk zərbəni buraxıblar. Həmçinin, ABŞ-nin atəşkəsə nə üçün ehtiyacı olduğu sualı yaranır? Artıq itirilmiş raketləri gətirmək və arsenalı doldurmaq üçünmü? Tehranda ABŞ-ə olan etimad səviyyəsi sıfıra bərabərdir", - deyə Puşkov qeyd edib.
