ABŞ Prezidenti Donald Tramp İran müharibəsi fonunda Truth Social platformasında diqqət çəkən paylaşım edib.
Redaksiya məlumat verir ki, paylaşımda Tramp hərbi gəmilər və fırtına fonunda təsvir olunub. Şəkilin üzərində isə “It Was The Calm Before the Storm”, yəni “Bu fırtınadan əvvəlki sakitlik idi” ifadəsi yer alıb.

Vizual sosial şəbəkələrdə geniş müzakirə yaradıb. İstifadəçilərin bir qismi bunu ABŞ-İran gərginliyinin daha da artacağına işarə kimi qiymətləndirib.
Paylaşım ABŞ-ın İrana qarşı mümkün yeni zərbələri, Hörmüz boğazı böhranı və Yaxın Şərqdə artan hərbi hazırlıq fonunda yayılıb.
“Calm before the storm” ifadəsi Tramp tərəfindən daha əvvəl də müxtəlif geosiyasi gərginliklər zamanı istifadə olunub və adətən qarşıdakı sərt addımlara eyham kimi şərh edilir.
