Tramp: İran ABŞ-dan radioaktiv materialların çıxarılmasını tələb edib

Tramp: İran ABŞ-dan radioaktiv materialların çıxarılmasını tələb edib

Könül Məmmədova · Media ·

ABŞ Prezidenti Donald Tramp İran danışıqlarında radioaktiv materialların çıxarılması məsələsinin gündəmə gəldiyini bildirib.

Redaksiya “Fox News”a istinadla xəbər verir ki, Tramp İran nümayəndələrinin ABŞ-dan dağıdılmış nüvə obyektlərində qalan radioaktiv materialları çıxarmağı tələb etdiyini deyib.

Tramp həmin materialları “nüvə tozu” adlandırıb və İran tərəfinin bunu özü çıxarmaq üçün texnologiyaya malik olmadığını bildirdiyini qeyd edib.

Məlumata görə, məsələ ABŞ-ın zərbələrindən sonra dağıdılmış İran nüvə obyektlərində qalan yüksək zənginləşdirilmiş uran və radioaktiv qalıqlarla bağlıdır.

Tramp bildirib ki, Vaşinqton İranın nüvə materiallarının yenidən istifadəsinə imkan verməmək üçün obyektləri yaxından izləyir.

Açıqlama ABŞ və İran arasında nüvə proqramı, Hörmüz boğazı və regional təhlükəsizlik üzrə danışıqların davam etdiyi bir vaxtda səsləndirilib.