Tramp hirsləndi: “100 faiz kommunist bir dəli və..”

Tramp hirsləndi: “100 faiz kommunist bir dəli və..”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Demokratların Nyu York Bələdiyyə Başçılığı üçün keçirdiyi ilkin seçkilərin nəticələrinə sərt münasibət bildirib.

Redaksiya xəbər verir ki, şəhərdə keçirilən seçkilərdə sosialist kimliyi ilə tanınan, eyni zamanda müsəlman olan namizəd Zohran Mamdani qalib gəlib.

Tramp bu nəticəyə kəskin etirazını belə ifadə edib:

Bu şəxs 100 faiz kommunist bir dəlidir və bütün axmaqlar onu dəstəkləyir.”

Zohran Mamdani sosialist platforması ilə çıxış edən və Nyu York ictimaiyyətində radikal dəyişiklik vədləri ilə tanınan siyasi fiqurdur. Trampın bu açıqlaması Demokratlar Partiyası və Mamdani tərəfdarları arasında geniş müzakirəyə səbəb olub.

Sevinc Kərimova