Tramp Çindən qayıtdıqdan sonra İrana mesaj göndərdi

Tramp Çindən qayıtdıqdan sonra İrana mesaj göndərdi

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Trampın Çinə səfərdən qayıtdıqdan sonra İranla bağlı sərt mesaj verdiyi iddia olunur. Bu barədə İsrail mərkəzli Channel 14 xəbər yayıb.

Redaksiya xəbər verir ki, Tramp İranın son sülh təklifini “qəbuledilməz” adlandırıb.

Məlumata görə, Tramp Çində olduğu müddətdə İran məsələsini Çin lideri Si Cinpinlə də müzakirə edib. Bununla belə, ABŞ prezidentinin Pekindən Tehrana təzyiq göstərməyi açıq şəkildə tələb etmədiyi qeyd olunur.

İddialara əsasən, Ağ Ev daxilində İrana qarşı mümkün yeni hərbi əməliyyat planları artıq hazırlanıb və növbəti addımla bağlı qərar birbaşa Trampın əlindədir.

ABŞ-İran münasibətləri son həftələrdə Hörmüz boğazı, enerji təhlükəsizliyi və regiondakı hərbi əməliyyatlar fonunda daha da gərginləşib. Vaşinqton İranı regional təhlükə adlandırır, Tehran isə ABŞ və İsraili bölgədə eskalasiyada ittiham edir.