ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşü zamanı hərbi güc mövzusunu müzakirə etdiyini bildirib.
Redaksiya xəbər verir ki, Tramp “Mən Si Cinpinlə birlikdə idim. Ona dedim ki, dünyanın ən güclü ordusuna sahibik” sözlərini işlədib.
ABŞ prezidenti Çin liderinin bu fikirlə tam razılaşmadığını, lakin açıq şəkildə etiraz da etmədiyini deyib.
“Çox yaxşı söhbətimiz oldu. Yəni bu məsələdə mənə qarşı çıxmadı”, — deyə Tramp əlavə edib.
Açıqlama Vaşinqton və Pekin arasında hərbi, texnoloji və geosiyasi rəqabətin davam etdiyi dövrdə diqqət çəkib.
ABŞ və Çin son illərdə xüsusilə Tayvan, Cənubi Çin dənizi və Sakit okean regionundakı təsir uğrunda rəqabət səbəbilə münasibətlərdə gərginlik yaşayır.
