Tramp CD Vensin siyasi varisliyinə şübhə ilə yanaşır

Tramp CD Vensin siyasi varisliyinə şübhə ilə yanaşır

Fərid Əlizadə · Media ·

ABŞ Prezidenti Donald Trampın qapalı söhbətlərdə Cey Di Vensin Respublikaçılar Partiyasında onun təbii varisi olub-olmadığına şübhə ilə yanaşdığı bildirilir.

Redaksiya The New York Times-a istinadla xəbər verir ki, Tramp son vaxtlar köməkçilərindən və siyasi müttəfiqlərindən Vensin siyasi qabiliyyətləri barədə tez-tez fikir soruşur.

Məlumata görə, Tramp xüsusilə Vensin partiya bazası ilə əlaqəsi, media performansı, seçki kampaniyası aparmaq bacarığı və milli səviyyədə liderlik potensialı ilə maraqlanır.

Vens administrasiya daxilində Trampa yaxın fiqurlardan biri sayılsa da, Respublikaçılar Partiyasında 2028-ci ildən sonrakı liderlik məsələsi hələ tam aydın deyil.

NYT yazır ki, Trampın bu sualları Vensə qarşı açıq narazılıqdan çox, onun gələcək siyasi çəkisini ölçmək cəhdi kimi qiymətləndirilir.

Respublikaçılar daxilində artıq Tramp sonrası dövr, partiyanın ideoloji xətti və kimin yeni lider olacağı barədə müzakirələr güclənir.