Tramp Azərbaycan və Ermənistan arasında müharibəni bitirdiyini bir daha vurğuladı

Tramp Azərbaycan və Ermənistan arasında müharibəni bitirdiyini bir daha vurğuladı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Azərbaycan və Ermənistan liderləri ilə dostluq münasibətləri qurduğunu bildirib.

Redaksiya xəbər verir ki, Tramp paylaşımında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə müharibəni sona çatdırmaqda rol oynadığını vurğulayıb.

O, bunun özünə şərəf olduğunu qeyd edərək, bu dostluğun təkcə onun üçün deyil, həm də ABŞ üçün əbədi qalacağını ifadə edib.