Tramp: Atəşkəs istəmirəm

Tramp: Atəşkəs istəmirəm

Sevinc Kərimova · Hərbi ·

ABŞ prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında Yaxın Şərqdə sülhün bərqərar olması üçün əsas şərti səsləndirib. Prezident bildirib ki, məqsədi İranın nüvə proqramından tamamilə əl çəkməsi və bölgədəki münaqişənin həqiqi mənada başa çatmasıdır.

Redaksiya xəbər verir ki, Tramp, “Mən atəşkəs tələb etməmişəm. İstəyirəm ki, İran nüvə proqramından imtina etsin və müharibə kökündən dayansın.” – deyə bəyan edib. ABŞ lideri əlavə edib ki, bu proqramın Amerika müdaxiləsi olmadan dayandırılmasını arzulayır.

Prezident eyni zamanda Tehranın bölgədəki ABŞ qüvvələrinə hücum etməməsinin vacibliyini vurğulayıb. Tramp bildirib ki, İran rəhbərliyi bu məsələnin nə qədər ciddi olduğunu yaxşı anlayır.

Sevinc Kərimova