Ukraynalı suya tullanma idmançısı Sofiya Lıskun vətəndaşlığını dəyişərək Rusiya bayrağı altında yarışacaq. İki Olimpiya oyunlarının iştirakçısı olan Lıskun, Rusiyanı təmsil etmək qərarına gəlib. Bu addım, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin üçüncü ilində atılıb.
Redaksiya Unian-a istinadən məlumat verir ki, Lıskun, guya "məşqçilərlə bağlı problemlər" səbəbindən Rusiya vətəndaşlığını qəbul etdiyini bildirib. Bir neçə ay əvvəl Lıskun beynəlxalq yarışlarda Ukrayna bayrağı altında çıxış edirdi. 2025-ci il Avropa Çempionatında o, qarışıq komanda yarışlarında qızıl medal, sinxron tullanmalarda isə gümüş medal qazanıb.
Lıskunun sözlərinə görə, Ukraynada peşəkar standartlara məhəl qoyulmurdu və onu Moskvaya köçən ilk məşqçisi ilə əlaqələrinə və rusiyalı idmançılarla ünsiyyətinə görə tənqid edirdilər. Lıskun, Rusiya mətbuatına verdiyi açıqlamada, 23 yaşlı idmançının müvəqqəti olaraq işğal olunmuş Luqanskdan olduğunu və Kiyevdə məşq edə bilmədiyi üçün qonşu Polşaya getdiyini bildirib. Lıskunun Ukrayna yığması tərkibində dünya və Avropa çempionatlarında 12 medalı var.
