Litvanın xarici işlər naziri Kestutis Budris Kalininqradla bağlı sərt açıqlama verib.
Redaksiya xəbər verir ki, Budris NATO-nu Rusiyanın Kalininqradda inşa etdiyi kiçik hərbi qalaya qarşı addım atmağa çağırıb. Onun sözlərinə görə, Alyans regionda Rusiyanın hərbi möhkəmlənməsinə cavabsız qalmamalıdır.
Açıqlama Baltik regionunda təhlükəsizlik narahatlıqlarının artdığı dövrə təsadüf edir. Kalininqrad Rusiyanın Baltik dənizi sahilində yerləşən strateji anklavıdır və NATO ölkələri olan Litva və Polşa arasında yerləşir.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Kalininqrad vilayətinin mümkün blokadasının regionda vəziyyətin kəskin eskalasiyasına səbəb olacağı barədə xəbərdarlıq etmişdi.
Moskva Kalininqradı özünün əsas hərbi dayaq nöqtələrindən biri hesab edir. NATO ölkələri isə bölgədə Rusiyanın raket sistemləri və hərbi infrastrukturunun genişlənməsini təhlükəsizlik riski kimi qiymətləndirir.
