ABŞ mərkəzli avtomobil nəhəngi Ford, Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış "Çin istehsalı" Transit City modelini təqdim edib. Tam elektrikli kommersiya nəqliyyat vasitəsi üç fərqli kuzov tipində təklif olunacaq. Bu model, birbaşa Çin mərkəzli Jiangling Motors Corporation (JMC) tərəfindən inkişaf etdirilmiş bir platforma əsaslanır və istehsalı da birbaşa Çində həyata keçiriləcək.
Redaksiya məlumat verir ki, Transit City-nin yük tutumu 1.085 kq ilə 1.530 kq arasında dəyişir. Nəqliyyat vasitəsi ön tərəfə yerləşdirilmiş tək bir elektrik mühərriki ilə 148 at gücü təmin edir. 56 kWh tutumlu LFP batareya paketi sayəsində isə təxminən 254 km məsafə qət etməsi vəd olunur.
Xüsusilə qısa məsafəli şəhərdaxili daşıma ehtiyacları üçün nəzərdə tutulmuş bu avtomobil, 87 kVt DC (maksimum dəyər) ilə 33 dəqiqə ərzində 10%-dən 80%-ə qədər şarj oluna bilir. Modelin 11 kVt AC ilə şarj müddəti beş saat olaraq açıqlanıb. Yeni Transit City-nin qiymətləri isə hələlik açıqlanmayıb.
