İsrail‑Amerika Şurası (IAC) tədbirində səsləndirilən çıxışlar böyük ianəçilərin siyasi proseslərə təsir imkanlarına dair ciddi müzakirələrə səbəb olub. Minlərlə iştirakçının önündə Mirriam Adelson və Haim Saban siyasətçilərə maliyyə dəstəyi göstərdiklərini etiraf etsələr də, bəzi suallara cavab verməkdən yayınıblar.
Redaksiya xəbər verir ki, Haim Saban “daha çox verənlərin daha çox, az verənlərin isə daha az çıxış imkanı əldə etdiyini” bildirərək bunu “sadə riyaziyyat” adlandırıb. O, siyasətçiyə dəstək göstərən şəxslərin normal hallarda həmin siyasi fiqura öz mövqelərini çatdırmaq və onu inandırmağa çalışmaq üçün daha geniş imkanlara malik olmalarının təbii sayıldığını vurğulayıb. Mirriam Adelson isə ünvanlanan suallardan birinə “Cavab verməməyə icazə verə bilərsinizmi? … Danışmaq istəmədiyim çox şey var” sözləri ilə mövzudan yayınmağa üstünlük verib.
Siyasi müşahidəçilər bildirirlər ki, bu etiraflar maliyyə dəstəyinin ABŞ siyasətinə təsir gücü barədə yeni suallar doğurur və müxtəlif tərəflərin bu prosesdə hansı imkanlara malik ola biləcəyi məsələsini gündəmə gətirir.
