ABD Venezuela petrol gelirleri üzerindeki kontrolünü güçlendiriyor

ABD Venezuela petrol gelirleri üzerindeki kontrolünü güçlendiriyor

Sona Osmanova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Venesuelaya aid neft satışlarından formalaşan gəlirlərin ABŞ məhkəmələri və kreditorları tərəfindən müsadirə edilməsinin qarşısını alan sərəncam imzalayıb. Qərar ABŞ Xəzinədarlığındakı hesablarda saxlanılan təxminən 2,5 milyard dollar vəsaiti əhatə edir və milli fövqəladə vəziyyət mexanizmi ilə əsaslandırılıb.

Redaksiya məlumat verir ki, rəsmi izahata görə, sözügedən vəsait Venesuelanın mülkiyyəti hesab olunur və ABŞ tərəfindən hökumətlərarası və diplomatik məqsədlər üçün müvəqqəti saxlanılır. Bildirilir ki, bu vəsaitlərin müsadirəsi Venesuelada iqtisadi və siyasi sabitliyin təmininə yönəlmiş ABŞ səylərini zəiflədə bilər.

Açıqlamalarda vurğulanır ki, Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra Vaşinqton ölkənin neft gəlirlərinə nəzarəti strateji rıçaq kimi saxlayır. Bu yanaşma keçmiş milliləşdirmələrə görə milyardlarla dollar tələb edən iri enerji şirkətlərinin iddialarının qarşısını almağa da xidmət edir.

Məlumata əsasən, ABŞ administrasiyası Venesuela neftinin satışını və gəlirlərini uzunmüddətli perspektivdə idarə etməyi planlaşdırır. Bu vəsaitlər gələcək hökumətin formalaşmasına təsir aləti kimi nəzərdə tutulur və uyğun şərait yarandıqda ABŞ enerji şirkətləri üçün imkanların açılması hədəflənir.