Yaponiyanın paytaxtı Tokioda ticarət mərkəzlərindən birində kimyəvi maddənin sızması nəticəsində çox sayda insan xəsarət alıb.
Redaksiya xəbər verir ki, hadisədən sonra əraziyə səhiyyə və təhlükəsizlik qrupları göndərilib.
Məlumata görə, ticarət mərkəzində olan insanlar təxliyə edilib, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Hadisənin hansı kimyəvi maddə ilə bağlı olduğu və sızmanın necə baş verdiyi hələlik açıqlanmayıb.
Mütəxəssislər ərazidə ölçmə və təmizləmə işləri aparır.
Polis və fövqəladə xidmətlər hadisənin səbəblərini araşdırır.
