Tesla Optimus robotunun uzaqdan idarə olunduğu iddiaları sosial mediada geniş tənqidə səbəb oldu

Tesla Optimus robotunun uzaqdan idarə olunduğu iddiaları sosial mediada geniş tənqidə səbəb oldu

Fərid Əlizadə · Texnologiya ·

Şirkətin təqdimatı zamanı baş verən davranışlar Tesla-nın Optimus adlı android robotunun real imkanları barədə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə robotun qonaqlara butulka atması, ardınca başını qəribə şəkildə tutaraq arxası üstə yıxılması geniş tənqidə yol açıb.

Redaksiya xəbər verir ki, istifadəçilər həmin jestin VR başlığının çıxarılmasını xatırlatdığını bildirərək robotun uzaqdan idarə olunduğunu iddia ediblər. Məlumatlara görə, operator başlığı çıxardığı anda uzaqdan idarəetməni söndürmədiyi üçün robotun qeyri‑adi davranışı diqqəti cəlb edib.

Hadisədən sonra sosial mediada Tesla-ya qarşı istehza güclənib və istifadəçilər Elon Maskın robotun güclü süni intellektlə tam avtonom işlədiyi barədə dediklərini şübhə altına alıblar. Şirkət isə məsələ ilə bağlı əlavə izahat təqdim etməyib.