Tesla Model Y Türkiyədə iyun ayının ən çox satılan avtomobili oldu

Tesla Model Y Türkiyədə iyun ayının ən çox satılan avtomobili oldu

Fərid Əlizadə · Texnologiya ·

Türkiyədə ilk dəfə olaraq Tesla satışlarda liderliyə yüksəlib.

Redaksiya xəbər verir ki, Tesla Model Y markası iyun ayında 7 min 235 ədəd satılaraq Türkiyənin ən çox satılan avtomobili olub. Model Y, benzinlə işləyən bütün avtomobil markalarını da geridə qoyub və Tesla tarixində ilk dəfə ölkədə satış siyahısının zirvəsinə çıxıb.

Ekspertlər bu nəticəni Türkiyədə elektromobil bazarının sürətlə böyüməsi və Tesla-nın populyarlığının artması ilə əlaqələndirirlər.

Fərid Əlizadə