TƏCİLİ! Sançezi daşıyan təyyarə Ankaraya təcili eniş edib

TƏCİLİ! Sançezi daşıyan təyyarə Ankaraya təcili eniş edib

Sevinc Kərimova · Media ·

İspaniyanın Baş naziri Pedro Sançezi daşıyan təyyarə texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş edib. Təyyarə Madrid şəhərindən Ermənistanın paytaxtı İrəvana uçurmuş.

Redaksiya TRT Haber-ə istinadla xəbər verir ki, Sançez Avropa Siyasi Birliyi toplantısında iştirak etmək üçün Ermənistana gedirmiş. İspaniyanın rəsmi EFE agentliyi Baş nazirlik mənbələrinə əsasən bildirib ki, Airbus A310 tipli rəsmi təyyarədə texniki problem yaranıb və bu səbəbdən Ankara hava limanına eniş qərarı verilib.

Məlumata görə, texniki nasazlıq ciddi xarakter daşımayıb, lakin təhlükəsizlik protokolu tətbiq edilib. Sançezin gecəni Ankarada keçirəcəyi, səhər saatlarında isə İrəvana yola düşəcəyi bildirilir.

TRT Haber yazır ki, Pedro Sançez daha əvvəl də oxşar halla üzləşib. 2025-ci il sentyabrın 4-də Parisdə Ukrayna ilə bağlı keçirilən toplantıya getdiyi zaman onu daşıyan Falcon tipli təyyarədə texniki nasazlıq yaranmış, təyyarə Madridə geri qayıtmışdı.