TBMM önündə avtomobil yandırıldı, 1 nəfər saxlanıldı

TBMM önündə avtomobil yandırıldı, 1 nəfər saxlanıldı

Sevinc Kərimova · Kriminal ·

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ankarada, Çankaya qapısına yaxın ərazidə “Beyaz Toros” markalı avtomobilin qəsdən yandırılmağa başlandığı bildirilib. Hadisə zamanı bir nəfər saxlanılıb.

Redaksiya xəbər verir ki, Ankara Polis İdarəsinin açıqlamasına görə, avtomobili yandıran şəxsin Mersin şəhərində yaşayan, psixoloji problemləri olan və çoxsaylı cinayət qeydlərinə malik M.E.F. olduğu müəyyən edilib.

Faktla bağlı həmin şəxs barəsində istintaq başlanılıb.

Sevinc Kərimova