Tayvanda süni intellekt sektorundakı sürətli artım fonunda hər bir sakinə 314 ABŞ dolları ödəniş edilməsi planlaşdırılır. 2027-ci ilin büdcə layihəsində bu məqsədlə təxminən 7,4 milyard dollar vəsait ayrıldığı bildirilir.
Redaksiya xəbər verir ki, Tayvan Prezidenti bu ödənişləri birbaşa "Sİ dividendləri" adlandırıb. Məqsəd süni intellekt və yarımkeçirici sənayesinin yaratdığı iqtisadi artımın bir hissəsini əhali ilə bölüşməkdir.
Tayvan iqtisadiyyatı Sİ çiplərinə yüksək qlobal tələbat hesabına sürətlə böyüyür. İlin ilk yarısında iqtisadi artımın 14,15 faiz təşkil etdiyi, 2026-cı ilin yekununda isə 11,05 faizlik artım gözlənildiyi bildirilir. Bu göstərici təxminən 40 ilin ən yüksək səviyyəsi ola bilər.
Artımın əsas hərəkətverici qüvvələri yarımkeçiricilər, serverlər və Nvidia, Apple kimi texnologiya nəhəngləri üçün istehsal edilən avadanlıqlardır. Tayvanın qlobal Sİ infrastrukturundakı mühüm rolu ölkənin ixrac və büdcə gəlirlərinin artmasına ciddi töhfə verir.
