Cənub-Şərqi Asiyada gərginlik hərbi toqquşmaya çevrilib – Tayland və Kamboca qarşılıqlı şəkildə bir-birinə müharibə elan ediblər.
Redaksiya xəbər verir ki, Kamboca Silahlı Qüvvələri Taylandın Sisaket əyalətinə BM-21 “Qrad” tipli raketlərlə hücum edib. Hücum nəticəsində azı 8 nəfərin həyatını itirdiyi bildirilir. Raketlərdən biri Ban Phue bölgəsində yerləşən bir benzin doldurma məntəqəsinə düşüb.
Tayland polisi Kantharalak bölgəsində 5 mülki obyektin hədəfə alındığını təsdiqləyib. Zərbə alan ərazilərdə infrastruktur dağılıb, mülki əhali arasında xəsarət alanların olduğu deyilir.
Hazırda hər iki ölkənin sərhədində vəziyyət son dərəcə gərgindir və tərəflər hərbi hazırlıq vəziyyətinə gətirilib. Beynəlxalq ictimaiyyət bölgədə baş verənləri narahatlıqla izləyir.
Sevinc Kərimova
