Tayland Hərbi Dəniz Qüvvələri Kamboca ilə sərhədə yaxın ərazilərdə donanma və hava qüvvələrinin iştirakı ilə yeni əməliyyata başlayıb. Əməliyyat barədə məlumat Tratt vilayətinin Sərhəd Mühafizəsi Qüvvələrinin komandanlığı tərəfindən açıqlanıb.
Redaksiya xəbər verir ki, HTMS Thepa adlı hərbi gəmi “Trat düşməni məhv edir” əməliyyatı çərçivəsində bölgəyə göndərilib və fasiləsiz patrul, həmçinin kəşfiyyat fəaliyyətləri həyata keçirir. Dəniz qüvvələri balıqçılara Kamboca ilə dəniz sərhədi yaxınlığında fəaliyyət göstərməmələri barədə xəbərdarlıq edib.
Əvvəllər Kamboca və Tayland arasında gərginliyin artdığı bildirilmişdi. Dekabrın 8-də Tayland Hərbi Hava Qüvvələri F-16 qırıcıları ilə Kamboca Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirib. Bu əməliyyat Kambocanın Tayland hərbi obyektlərini atəşə tutmasına cavab olaraq həyata keçirilib və nəticədə bir tailandlı hərbçi həlak olub, dörd hərbçi yaralanıb.
