Tanınmış aşpazın ölüm səbəbi araşdırılır

Tanınmış aşpazın ölüm səbəbi araşdırılır

Aytac Dəniz · Media ·

“MasterChef Türkiyə” yarışmasının qalibi, aşpaz Eren Kaşıkçı İstanbulun Kilyos rayonundakı evində ölü tapılıb. Hadisənin şəraiti ilə bağlı araşdırma aparılır. Bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ilkin ehtimala əsasən, Kaşıkçı yatağının yanındakı dolabda saxladığı dərmana çatmağa çalışarkən həyatını itirib. Onun cəsədinin həmin ərazidə aşkarlandığı bildirilir.

Hadisə yerinə gələn təcili yardım əməkdaşları Kaşıkçının öldüyünü müəyyən ediblər. Ölümün dəqiq səbəbinin tibbi ekspertiza və aparılan araşdırmadan sonra açıqlanacağı gözlənilir.

Kaşıkçının dərman qəbulunu tələb edən hansı xəstəlikdən əziyyət çəkdiyi və hadisənin hansı saatda baş verdiyi barədə ətraflı rəsmi məlumat verilməyib. Buna görə onun dərmana çatmağa çalışarkən öldüyü barədə məlumat ilkin versiya kimi təqdim olunur.