Taker Karlson: Ukrayna müharibəsi ABŞ ilə Rusiya arasında birbaşa qarşıdurmadır

Taker Karlson: Ukrayna müharibəsi ABŞ ilə Rusiya arasında birbaşa qarşıdurmadır

Sevinc Kərimova · Siyasət ·

ABŞ jurnalisti Taker Karlson bildirib ki, Ukrayna müharibəsi əslində ABŞ ilə Rusiya arasında aparılan birbaşa münaqişədir və bu qarşıdurma uzun illərdir planlaşdırılan geosiyasi ssenarinin nəticəsidir.

Redaksiya xəbər verir ki, Karlson “Turning Point USA” tədbirində Polşalı bir tələbənin sualını cavablandırarkən qeyd edib: “ABŞ elitası bu qarşıdurmanı resurslar, hegemonluq və böyük, ağ xristian ölkəsinə qarşı ideoloji nifrət üzərindən qəsdən alovlandırdı.”

O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini “pis aktyor” adlandıraraq NATO silahlarının terror qruplarına satıldığını iddia edib. Karlsonun sözlərinə görə, Ukrayna və Polşa ABŞ tərəfindən idarə olunan bu müharibədə sadəcə “fiqurlar” rolunu oynayır.

Taker əlavə edib ki, NATO Rusiya qarşısında real güc nümayiş etdirə bilməyib və bu münaqişə alyansın hərbi və strateji zəifliyini açıq şəkildə üzə çıxarıb.