Suriya Prezidenti Əhməd Şara Trampla telefon danışığı aparıb

Suriya Prezidenti Əhməd Şara Trampla telefon danışığı aparıb

Sevinc Kərimova · Media ·

Suriya Prezidenti Əhməd Şara ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Redaksiya xəbər verir ki, danışıq zamanı Suriya iqtisadiyyatına dəstək, ölkənin bərpa prosesi və regiondakı son vəziyyət müzakirə olunub.

Şara söhbət zamanı Suriyaya qarşı qalan sanksiyaların ləğv edilməsinin və ölkəyə beynəlxalq dəstəyin artırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, iqtisadi məhdudiyyətlərin aradan qaldırılması Suriyanın yenidən qurulması, infrastrukturun bərpası və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Donald Tramp isə Suriyanın bərpa və yenidənqurma prosesinə dəstəyin vacib olduğunu bildirib.

Tərəflər regional sabitlik, iqtisadi əməkdaşlıq və Suriyanın beynəlxalq sistemə reinteqrasiyası ilə bağlı təmasların davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.