Suriya dövlət televiziyasının məlumatına görə, Prezident Əhməd Şəraa Rusiya paytaxtı Moskvaya rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasında təhlükəsizlik, enerji və regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir.
Redaksiya xəbər verir ki, Əhməd Şəraa ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçiriləcək. Görüşdə Suriya böhranının siyasi həlli, humanitar yardım və iqtisadi bərpa proqramları əsas mövzular olacaq.
Rusiya mediası, o cümlədən “RIA Novosti”, səfərin Dəməşq və Moskva arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirildiyini yazır.
