Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər, xüsusilə kiçik startaplar, təcrübəçi mütəxəssislərə illik 300–400 min ABŞ dolları həcmində maaş təklif etməyə başlayıb. Bu yanaşma texnologiya sektorunda kadr rəqabətinin kəskinləşdiyini göstərir.
Redaksiya xəbər verir ki, Business Insider-in məlumatına görə, şirkətlər uyğun namizədləri cəlb etmək üçün formal təhsil tələblərindən daha çox öyrənmə qabiliyyətinə, açıq mənbəli layihələrdə iştiraka və hakaton təcrübəsinə üstünlük verirlər. İşəgötürənlər potensial və çevik bacarıqları əsas meyar kimi qiymətləndirirlər.
Mütəxəssislər bu tendensiyanı informasiya texnologiyaları sektorunda davam edən kadr çatışmazlığı ilə əlaqələndirirlər. Qlobal iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, şirkətlər ən istedadlı mütəxəssisləri cəlb etmək üçün maliyyə imkanlarını səfərbər etməyə hazır olduqlarını nümayiş etdirirlər.
