Sumud donanmasının son 10 gəmisi Qəzzaya doğru irəliləyir

Sumud donanmasının son 10 gəmisi Qəzzaya doğru irəliləyir

Nizami Salmanov · Media ·

Qəzzaya doğru hərəkət edən “Global Sumud Flotilla” donanmasının son 10 gəmisinin marşrutunu davam etdirdiyi bildirilir.

Redaksiya The Jerusalem Post-a istinadla xəbər verir ki, İsrail Hərbi Dəniz Qüvvələri bazar ertəsi donanmanın əsas hissəsini dayandırıb.

Məlumata görə, İsrail qüvvələri Kiprin qərbində təxminən 44 gəmini saxlayıb. Gəmilərdə olan 500-ə yaxın fəalın nəzarət altına alındığı bildirilir.

Hazırda donanmanın önündə hərəkət edən “Andros” gəmisinin Qəzzaya ən yaxın mövqedə olduğu qeyd olunur. Son məlumata əsasən, gəmi Qəzza sahillərindən təxminən 93 dəniz mili uzaqlıqda olub.

Donanma Türkiyənin Marmaris limanından yola düşmüşdü. Təşkilatçılar məqsədlərinin Qəzza blokadasına diqqət çəkmək və humanitar yardım çatdırmaq olduğunu bildirirlər.

İsrail tərəfi isə saxlanılan gəmilərdə humanitar yardım aşkarlanmadığını və Qəzzaya kifayət qədər yardım daxil olduğunu iddia edir.