İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti, "Starship" raketinin doqquzuncu sınaq uçuşunu həyata keçirdi, lakin bu dəfə də uğursuzluqla nəticələndi. Raket, orbitə çıxsa da, idarəetməni itirərək, Hind okeanına nəzarətsiz eniş etdi.
Redaksiya xəbər verir ki, bu, "Starship"in bu ilki ilk uğurlu sınaq uçuşu idi. Raket, "Super Heavy" (Super Hivi) gücləndiricisi ilə birlikdə Texas ştatındakı SpaceX obyektindən havaya qalxdı. Uğurlu ayrılmadan sonra "Starship" orbitə daxil oldu. Lakin, sınaq zamanı yan tərəfdəki yük qapısını açmaq mümkün olmadı və daha sonra raketin idarəetmə sistemi sıradan çıxdı.
Bu sınaq, Federal Aviasiya Administrasiyasının (FAA) SpaceX-ə "Starship" raket sisteminin sınaq uçuşunu həyata keçirməsinə icazə verdikdən bir həftə sonra baş verdi. Yanvar ayında baş verən partlayışlardan sonra FAA, təhlükəsizlik təhlilini yeniləyərək, ABŞ və digər ölkələrdə təhlükə zonalarının ölçüsünü genişləndirmişdi. Mart ayında keçirilən digər bir sınaqda isə "Super Heavy" gücləndiricisi uğurla ayrılmışdı, lakin "Starship" səkkiz dəqiqə sonra bir neçə "Raptor" mühərrikini itirərək fırlanmağa başladı. SpaceX, səkkizinci sınaq uçuşundakı itkini araşdırdıqdan sonra etibarlılığı artırmaq üçün bir sıra aparat dəyişiklikləri etdi.
Bu sınaq, şirkət üçün uğursuzluqlarla yanaşı, müəyyən nailiyyətləri də özündə ehtiva edirdi. "Starship"in bu ilki ən uğurlu sınağı kimi dəyərləndirilir.
Fərid Əlizadə
