Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampın Əfqanıstanda britaniyalı hərbçilərin ön cəbhə döyüşlərində iştirak etmədiyi barədə açıqlamasını kəskin tənqid edib və bu fikirlərin son dərəcə təhqiredici olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Keir Starmer sözügedən açıqlamanı “utandırıcı” kimi dəyərləndirib və ABŞ prezidenti Donald Trampın bu bəyanata görə rəsmi şəkildə üzr istəməli olduğunu vurğulayıb.Britaniya hökumət başçısı qeyd edib ki, Əfqanıstandakı əməliyyatlarda britaniyalı əsgərlərin fəaliyyəti ölkə üçün mühüm əhəmiyyət daşıyıb və bu xidmətlərin şübhə altına alınması qəbuledilməzdir.
Starmerin sözlərinə görə, müttəfiqlər arasında qarşılıqlı hörmətin qorunması vacibdir və belə açıqlamalar həm hərbçilərin xatirəsinə, həm də beynəlxalq tərəfdaşlığa zərər vurur.
