İlon Maskın sahibi olduğu "Starlink" şirkəti Azərbaycanda peyk interneti xidmətləri üçün qiymətlərdə ciddi endirimə gedib. Bu addım ölkədə rəqəmsal imkanların genişləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Redaksiya xəbər verir ki, artıq istifadəçilər "Starlink" şəbəkəsinə qoşulmaq üçün aylıq 80 AZN əvəzinə, cəmi 39 AZN ödəməklə xidmətdən yararlana bilərlər. Bu qiymət dəyişikliyi abunəçilər üçün əhəmiyyətli dərəcədə qənaət imkanı yaradır və peyk internetini daha əlçatan edir.
"SpaceX" şirkəti tərəfindən tətbiq edilən yeni qiymət siyasəti ilə regionda daha çox istifadəçiyə çatmaq məqsədi güdülür. Bu təşəbbüs peyk internetinin yayılmasını sürətləndirməyə və geniş coğrafiyada əhaliyə yüksəksürətli internet təmin etməyə xidmət edir.
