İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti 2026-cı ilin ikinci rübündə 7,8 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Nəticə analitiklərin gözləntilərini üstələyib.
Redaksiya xəbər verir ki, şirkətin rüblük gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 92 faiz artıb. Analitiklər “SpaceX”in 6,83 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırırdılar.
Gəlirlərin artımında “Starlink” peyk interneti xidmətinin genişlənməsi, kosmik buraxılışlar və dövlət müqavilələrinin mühüm rol oynadığı bildirilir.
Bununla belə, şirkət ikinci rübdə 541 milyon dollar xalis zərər qeydə alıb. Bu, “SpaceX”in birjaya çıxmasından sonra açıqladığı ilk rüblük maliyyə hesabatıdır.
