Rusiyada Starlink və OneWeb-ə alternativ ola biləcək aşağı orbitli peyk rabitə sistemi yaradılır.
Redaksiya xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu açıqlayıb.
Onun sözlərinə görə, Rusiyada formalaşdırılan aşağı orbitli rabitə peykləri qruplaşması Qərb peyk internet sistemlərinə alternativ kimi çıxış edə bilər.
Şoyqu bildirib ki, bu sistem xüsusilə Qlobal Cənub və Şərq ölkələri üçün maraqlı ola bilər.
Layihənin məqsədi uzaq və çətin əlçatan ərazilərdə sabit internet və rabitə xidmətləri təmin etməkdir.
Rusiya tərəfi hesab edir ki, Qərb platformalarından asılı olmayan peyk rabitəsi geosiyasi və texnoloji suverenlik baxımından vacibdir.
Starlink və OneWeb hazırda aşağı orbitli peyk interneti bazarında ən tanınmış sistemlərdən hesab olunur. Moskva isə bu sahədə öz alternativ infrastrukturunu yaratmağa çalışır.
