Şirvan şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

Şirvan şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

Orxan Börüsoy · Media ·

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirlər şagirdlərin hazırladıqları şeir, mahnı və rəqs kompozisiyaları ilə davam etdirilib.

Bölgə müxbiri xəbər verir ki, yüksək təşkilatçılıqla keçirilən “Son zəng” tədbirləri məzunların həyatında unudulmaz bir günə çevrilib.

Keçirilən “Son zəng” tədbirlərində ənənəvi olaraq şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhər, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edərək şəhər İcra Hakimiyyəti başçısının təbriklərini çatdırıblar.