Si və Trampın Pekin görüşü başa çatdı

Si və Trampın Pekin görüşü başa çatdı

Sevinc Kərimova · Media ·

Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən görüş başa çatıb.

Redaksiya Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Si Cinpin dövlət səfəri ilə Çinə gələn ABŞ prezidenti ilə Pekindəki Xalq Yığıncaqları Evində danışıqlar aparıb.

Televiziya kanalının məlumatına görə, danışıqlar artıq yekunlaşıb. Görüşün iki saatdan çox davam etdiyi bildirilir.

Pekin görüşü ABŞ-Çin münasibətlərində ticarət, texnologiya, Tayvan və qlobal təhlükəsizlik kimi əsas məsələlərin müzakirəsi baxımından mühüm mərhələ hesab olunur.

Tərəflərin danışıqlardan sonra mümkün razılaşmalar və növbəti diplomatik addımlarla bağlı açıqlama verəcəyi gözlənilir.