Səudiyyə Ərəbistanı İrana gizli zərbələr endirib

Səudiyyə Ərəbistanı İrana gizli zərbələr endirib

Yulduz Səlimov · Media ·

Səudiyyə Ərəbistanının mart ayının sonunda İrana qarşı gizli hava zərbələri endirdiyi bildirilir.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, əməliyyat İranın krallıq ərazisinə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlara cavab olaraq təşkil olunub. Mənbələrin sözlərinə görə, zərbələr Səudiyyə Ərəbistanının İran ərazisinə qarşı məlum ilk birbaşa hərbi əməliyyatlarından biri hesab olunur.

Reuters yazır ki, hücumlar İranın Körfəz ölkələrinə və enerji obyektlərinə qarşı intensiv hücumlar həyata keçirdiyi regional müharibə fonunda baş verib. Riyad uzun müddət hadisələri ictimaiyyətə açıqlamasa da, paralel olaraq Tehranla diplomatik kanalları açıq saxlamağa çalışıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı daha geniş eskalasiyanın qarşısını almaq üçün həm hərbi, həm də diplomatik təzyiq strategiyasından istifadə edib. Qərb mənbələri bildirirlər ki, sonrakı həftələrdə İranın Səudiyyə Ərəbistanına birbaşa hücumlarının sayı azalıb.

Reuters qeyd edir ki, hücumların konkret hansı hədəflərə yönəldiyi müstəqil şəkildə təsdiqlənməyib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən yayınaraq yalnız ölkənin öz təhlükəsizliyini qorumaq hüququna malik olduğunu bildirib. 01