SEPAH: "Həbibi, Amerika gedəcək, biz baş-başa qalacağıq"

SEPAH: "Həbibi, Amerika gedəcək, biz baş-başa qalacağıq"

Yulduz Səlimov · Media ·

İran İnqilab Keşikçiləri Korpusunun Birləşmiş Ərəb Əmirliklərinə doğru buraxdığı bildirilən raketin üzərində yazılan mesaj sosial şəbəkələrdə geniş müzakirə olunub.

Redaksiya məlumat verir ki, raketin üzərində “Həbibi, Amerika gedəcək; sonra biz səninlə baş-başa qalacağıq” ifadəsinin yazıldığı iddia edilir.

Yayılan görüntülər və mesaj bölgədə İran ilə Körfəz ölkələri arasında artan gərginlik fonunda diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri və regional media sözügedən ifadəni ABŞ-ın bölgədəki hərbi mövcudluğuna və Vaşinqtonun müttəfiqlərinə yönəlmiş siyasi mesaj kimi qiymətləndirir.

İran tərəfi raketin üzərindəki yazı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.