SEPAH ABŞ hədəflərinin nişangahda olduğunu bildirib

SEPAH ABŞ hədəflərinin nişangahda olduğunu bildirib

Yulduz Səlimov · Media ·

İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general-mayor Seyid Məcid Musəvi ABŞ qüvvələri ilə bağlı sərt açıqlama verib.

Redaksiya İran mediasına istinadla xəbər verir ki, Musəvi SEPAH-ın raket və pilotsuz uçuş aparatlarının regiondakı Amerika hədəflərinə və “düşmən təcavüzkar gəmilərinə” yönəldildiyini bildirib.

Onun sözlərinə görə, İran qüvvələri hücum əmri gözləyir.

Açıqlama İran ilə ABŞ arasında Yaxın Şərqdə gərginliyin artdığı və hərbi qarşıdurma riskinin müzakirə olunduğu bir vaxtda səsləndirilib.

Vaşinqton tərəfi isə hələlik Musəvinin bəyanatına rəsmi münasibət bildirməyib.