Redaksiya xəbər verir ki, “Baykar” texnologiya şirkətinin rəhbəri və “TEKNOFEST”in təşkilatçılarından biri olan Səlcuq Bayraqdar sosial media sahəsində yeni təşəbbüslə çıxış edib. O, “Next Teknofest Sosyal” adlı yeni platformanın istifadəyə verildiyini açıqlayıb.
Bayraqdar çıxışında bildirib ki, TEKNOFEST nəsli təkcə texnologiya sahəsində deyil, sosial media da daxil olmaqla bir çox istiqamətdə öz təşəbbüslərini gerçəkləşdirməyə başlayıb: “Sosial medianın millətlər üçün nə qədər əhəmiyyətli olduğunu son dövrlərdəki qadağalar və manipulyasiyalar zamanı gördük. Bu səbəbdən Next Teknofest Sosyal platformasını istifadəyə verdik. Hələ kiçik olsa da, böyük enerjiyə malikdir”.
O, bütün Türkiyə ictimaiyyətini və dost-qardaş ölkələri yeni platformaya dəstək verməyə və orada birgə fəaliyyət göstərməyə dəvət edib. Bayraktar bu təşəbbüsün yerli və milli rəqəmsal media müstəqilliyi baxımından mühüm addım olduğunu vurğulayıb.
Redaksiyanı Next sosial media platformasında izləmək üçün BURAYA DAXİL OLUN.
Fərid Əlizadə
