Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib

Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib

Aytac Dəniz · Cəmiyyət ·

2026-cı il avqustun 12-də QHT Agentliyində Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib.

İnfosessiyada səhiyyə nazirinin müavini Nadir Zeynalov, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak edib.

Toplantıda birgə qrant müsabiqəsinə dair suallar cavablandırılıb, izahlar verilib.

İnfosessiyada 30-dan çox QHT iştirak edib.

Xatırladaq ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqust ayının 6-da başlanıb. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.