Çində vaybkoderlər üçün DeepSeek-li bar açılıb

Çində vaybkoderlər üçün DeepSeek-li bar açılıb

Nizami Salmanov · Media ·

Çində vaybkoderlər və süni intellekt həvəskarları üçün qeyri-adi konseptli bar açıldığı bildirilir. Müştərilər pivə sifariş etməklə DeepSeek süni intellekt modelindən limitsiz istifadə imkanı əldə edirlər.

Redaksiya xəbər verir ki, məkan əsasən proqramlaşdırma və süni intellektlə maraqlanan şəxsləri bir araya gətirmək üçün nəzərdə tutulub. Burada ziyarətçilər həm istirahət edə, həm də DeepSeek vasitəsilə kodlaşdırma və digər Sİ tapşırıqları üzərində işləyə bilirlər.

Barın ekranlarında süni intellekt startaplarının vakansiyaları da nümayiş etdirilir. Bununla vaybkoderlərə və proqramçılara birbaşa məkanda potensial iş imkanları ilə tanış olmaq şəraiti yaradılır.

Qeyri-adi konsept sosial şəbəkələrdə geniş maraq doğurub. İstifadəçilər məkanı əyləncə, süni intellekt texnologiyaları və iş imkanlarını birləşdirən yeni format kimi qiymətləndirirlər.