Araşdırma: İtlər insanların gülümsəməsinə xüsusi reaksiya verir

Araşdırma: İtlər insanların gülümsəməsinə xüsusi reaksiya verir

Aytac Dəniz · Media ·

İtlərin insanların gülümsəməsinə güclü müsbət reaksiya verdiyi müəyyən edilib. Araşdırmaya əsasən, insan təbəssümü itlərdə mükafat gözləntisi ilə əlaqəli beyin proseslərini aktivləşdirə bilər.

Redaksiya xəbər verir ki, alimlər müxtəlif cinslərdən olan 14 iti tomoqrafiya vasitəsilə müşahidə ediblər. Təcrübə zamanı heyvanlara gülümsəyən insanların fotoları göstərilib və bütün itlərdə bu görüntülərə qarşı beyin reaksiyası qeydə alınıb.

Tədqiqatçıların fikrincə, itlər insan təbəssümünü xoş hadisələr, o cümlədən yemək və digər mükafatlarla əlaqələndirə bilirlər. Bu gözlənti beyində mükafat sistemi və dopaminlə əlaqəli proseslərin aktivləşməsinə səbəb olur.

Nəticələr itlərin insan emosional siqnallarını tanımaq və onları əvvəlki müsbət təcrübələrlə əlaqələndirmək qabiliyyətinin yüksək olduğunu göstərir.