ChatGPT-nin baş direktoru Sem Altman bəzi istifadəçilərin şəxsi həyatlarına dair hadisələri süni intellektə etibar etdiklərini bildirib.
Redaksiya xəbər verir ki, Altman bu barədə açıqlamasında deyib: “İnsanlar yaşadıqları bəzi şəxsi hadisələri ChatGPT-yə danışır. Amma bu danışılanların hüquqi proses zamanı məhkəmədə dəlil kimi təqdim edilə biləcəyini nəzərə almırlar”.
O, süni intellekt texnologiyalarından istifadə zamanı şəxsi məlumatların necə qorunacağı mövzusunda daha ciddi düşünülməsinin vacibliyini vurğulayıb. Altman əlavə edib ki, istifadəçilər öz rəqəmsal izlərinin hüquqi nəticələrini dərk etməlidirlər.
Fərid Əlizadə
