Tanınmış şahmatçı Maqnus Karlsenin rəqibi ilə bağlı hərəkəti beynəlxalq şahmat ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hadisə Qazaxıstanlı şahmatçı Alua Nurmanla keçirilən oyun zamanı qeydə alınıb.
Redaksiya məlumat verir ki, oyun başlamazdan əvvəl Alua Nurman Karlsendən birgə foto çəkdirməyi xahiş edib və qrossmeyster bu təklifi qəbul edib. Lakin bundan sonra Karlsen hakimlərə Nurmanın yanında telefon olduğunu bildirib ki, bu da oyun qaydalarına zidd bir vəziyyətdir.
Hakimlər dərhal müdaxilə edərək, şahmatçının telefonunu müsadirə ediblər. Həmin oyun Maqnus Karlsenin qələbəsi ilə yekunlaşıb, lakin onun bu hərəkəti onlayn platformalarda fərqli reaksiyalara səbəb olub.
Bəzi şəxslər qaydalara riayət olunmasının vacibliyini vurğulayaraq Karlsenin hərəkətini dəstəkləyiblər. Digərləri isə vəziyyətin qeyri-müəyyən olduğunu və Karlsenin əvvəlcə selfiyə razılıq verdiyini nəzərə alaraq onun qərarını mübahisəli hesab ediblər.
