Yer təkindən istifadə ilə bağlı “16” “sentyabr” 2026-cı il tarixində saat 11:00-da hərrac keçiriləcək.
Banker.az xəbər verir ki, hərrac auksion formasında keçiriləcəkdir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022)
Hərracda (müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək – 540,00 (beş yüz qırx) manat;
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək – 810,00 (səkkiz yüz on) manat;
Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.

Sahəsi 13 hektar olan faydalı qazıntı yatağı satışa çıxarılır – İlkin qiymət 19 500 manat
Aytac Dəniz · İqtisadiyyat ·