Rütte: Putinin yerində olsaydım, xoşbəxt olmazdım

Rütte: Putinin yerində olsaydım, xoşbəxt olmazdım

Nizami Salmanov · Media ·

NATO Baş katibi Mark Rütte Rusiya Prezidenti Vladimir Putinin son həftələrdə çətin vəziyyətlə üzləşdiyini bildirib.

Redaksiya xəbər verir ki, Rütte Ukraynanın cəbhədə güclü müqavimət göstərdiyini vurğulayıb.

“Bu gün Putinin yerində olsaydım, xoşbəxt olmazdım. Əslində, Putinin yerində olsaydım, heç vaxt xoşbəxt olmazdım. Amma son vaxtlar, xüsusilə də son həftələrdə işlər onun üçün yaxşı getmir”, — deyə NATO rəhbəri bildirib.

Rüttenin sözlərinə görə, Ukrayna ordusu quruda möhkəm dayanır və Rusiyanın planlarını pozmağa davam edir.

Açıqlama NATO ölkələrinin Ukraynaya hərbi dəstəyi artırdığı, Rusiya isə cəbhədə itkilər və təzyiqlə üzləşdiyi dövrə təsadüf edir.