Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Odessa regionunda yerləşən SOCAR-a məxsus yanacaq deposuna dron hücumu həyata keçirib.
Redaksiya xəbər verir ki, hücum İran istehsalı “Shahed” kamikaze dronları vasitəsilə yönləndirilmiş və nəticədə yanğın baş verərək dizel boru xəttinə zərər dəyib. Daha əvvəl yayılan məlumatlar insident nəticəsində dörd SOCAR əməkdaşının ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini göstərir .
Bu, ABŞ-da keçirilən ilk üçtərəfli zirvədən az sonra baş verən ikinci rusiyanın enerji infrastrukturuna yönəlmiş hücumdur. Əvvəlki günlərdə Odessa bölgəsində Trans-Balkan qaz marşrutu üzərində yerləşən kompressor stansiyasına da hücum edildi .
Bu hadisələr Azərbaycan–Ukrayna enerji əməkdaşlıqlarını hədəf alan açıq hərbi provokasiyadır və beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilməlidir.
Sevinc Kərimova
