Rusiyalıların Ermənistanda mənzilə tələbatı kəskin artıb

Rusiyalıların Ermənistanda mənzilə tələbatı kəskin artıb

Fərid Əlizadə · Media ·

Ermənistan yenidən Rusiya vətəndaşlarının köçmək, mənzil kirayələmək və daşınmaz əmlak almaq üçün ən çox maraq göstərdiyi istiqamətlərdən birinə çevrilir. Yerli rieltorlar tələbatdakı artımı 2022-ci ildə müşahidə edilən kütləvi axınla müqayisə edirlər. Bu barədə yerli bazar iştirakçılarına istinadən “Verstka” məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, 2026-cı ilin ilk beş ayında İrəvanda 7 642 mənzil alqı-satqısı həyata keçirilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz çoxdur.

Rieltorların sözlərinə görə, son aylarda müraciət edənlərin təxminən 80 faizini Ermənistana yeni gələn və ya köçməyi planlaşdıran şəxslər təşkil edir. Artan tələbat fonunda İrəvanda kirayə qiymətlərinin son üç ayda təxminən 30 faiz yüksəldiyi bildirilir.

Bazarda fəallığı yeni tikililərin sayının artması və ölkədə tikinti sektorunun genişlənməsi də dəstəkləyir. Ermənistanın rəsmi statistikasına əsasən, 2026-cı ilin yanvar–may aylarında tikinti işlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz artıb. Xarici vətəndaşların ölkədə apardığı daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının sayı isə birinci rübdə illik müqayisədə 32,3 faiz yüksəlib.